media-17754563162224850626_1200x630

Güclü sel Siyəzən-Məşrif avtomobil yolundakı körpünü uçurub.

ERAmedia xəbər verir ki, Gilgilçay üzərindəki körpü aprelin 6-sı səhər saatlarında dağılıb.

Siyəzən-Məşrif avtomobil yolundan Siyəzən və Şabran rayonlarının 20-dən çox yaşayış məntəqəsinin sakinləri, həmçinin “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə gələn qonaqlar istifadə edirdi.

Körpünün dağılması nəticəsində ərazidən keçən qaz və rabitə xətləri də sıradan çıxıb. Bununla əlaqədar əraziyə təbii qazın verilişi məhdudlaşdırılb, rabitə əlaqəsi kəsilib.

 


media-adspc

Bənzər xəbərlər