media-1786208649513286231_1200x630

Avqustun 8-də Səhiyyə Nazirliyi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti və Bakı Patologiya Mərkəzinin birgə təşkilatçılığı ilə paytaxtın Yasamal rayonunun kommunal təsərrüfatı sahəsində çalışan qadınlar üçün ödənişsiz skrinninq aksiyası keçirilib.

ERAmedia xəbər verir ki, Milli Onkologiya Mərkəzindən verilən məlumata görə, skrinninqdə 400-ə yaxın qadın iştirak edib.

Qeyd edək ki, erkən diaqnostika bir çox onkoloji xəstəliklərin qarşısının alınmasında və uğurlu müalicəsində həlledici rol oynayır. Qadın sağlamlığının qorunmasına yönəlmiş bu təşəbbüsün məqsədi profilaktik müayinələrin əhəmiyyətini artırmaq və sağlam gələcəyə töhfə verməkdir.


media-adspc

Bənzər xəbərlər