Sloveniyada Mehdi Hüseynzadə haqqında sənədli film çəkilib
Sloveniyanın Lyublyana şəhərində “Njihov Mehdi, naš Mihajlo” (“Onların Mehdisi, bizim Mixaylo”) sənədli filminin təqdimat mərasimi keçirilib.
ERAmedia xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli “X” sosial şəbəkə hesabında yazıb.
Diplomat bildirib ki, Sloveniyanın aparıcı televiziya kanallarından biri olan “RTV Sloveniya”nın istehsal etdiyi filmin rejissoru və ssenari müəllifi Zvezdan Martiçdir:
“Sənədli film İkinci Dünya müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə döyüşərək böyük qəhrəmanlıq göstərmiş əfsanəvi partizan Mehdi Hüseynzadə “Mixaylo”nun həyat hekayəsini təqdim edərək o dövrdə igid azərbaycanlılar və slovenlər tərəfindən nümayiş etdirilən şücaət və cəsur mübarizəni əks etdirir”.










