Sobada Bütöv Qırıl Toyuq
- DADLI TAM İLƏ
Lazım olanlar:
1 bütöv toyuq (təxminən 1.5–2 kq)
3 x.q. un
2 yumurta
100 ml süd (və ya qatıq)
1.5 ç.q. duz
1 ç.q. qara bibər
1 ç.q. paprika
3-4 diş sarımsaq (əzilmiş)
2-3 x.q. zeytun yağı (və ya bitki yağı)
Hazırlanması:
Toyuğu yuyub qurula. Duz, bibər, paprika və əzilmiş sarımsaqla hər tərəfini ovuşdur.
Toyuğun üzərinə süd əlavə et və bütün toyuğu qarışdır. 30 dəqiqə soyuducuda saxla.
Yumurtaları çırp, unu ayrıca bir qabda hazırla.
Toyuğu əvvəl una, sonra yumurtaya, yenidən una bulayaraq soba qabına qoy.
Üzərinə 2-3 x.q. zeytun yağı sürt.
180–190°C qızdırılmış sobada 50–60 dəqiqə bişir. Arada toyuğun üzərinə çıxan yağdan sürt.
Son 10 dəqiqədə sobanı qızdırmaq (broil) rejiminə alıb xırt-xırt olmasını təmin et.
Tamilla Manaf










