Sobada qaymaqlı toyuq
- Dadlı TAM İLƏ
Ərzaqlar:
700 q toyuq filesi
2 ədəd kartof
1 ədəd soğan
200 ml qaymaq
100 q pendir
2 xörək qaşığı bitki yağı
Duz
Qara istiot
Paprika
2 diş sarımsaq
Hazırlanması:
Toyuq filesini və kartofları orta ölçüdə doğrayın. Soğanı yarımhalqa şəklində kəsin. Toyuq ətinə duz, istiot, paprika və əzilmiş sarımsaq əlavə edib qarışdırın.
Sobaya davamlı qaba əvvəlcə kartofları, üzərinə soğan və toyuq ətini düzün. Qaymağı hər tərəfə bərabər şəkildə tökün. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.
Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada təxminən 40-45 dəqiqə bişirin. Üzəri qızılı rəng aldıqda sobadan çıxarın.
Tamilla Manaf









