media-1587e3ff-8a76-4bcb-899a-68c857d75076

Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ERAmedia -nın  məlumatına görə, hadisə srağagün axşam saatlarında köhnə Ələt–Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2106” markalı minik avtomobili yolu keçmək istəyən 1981-ci il təvəllüdlü İsmayılov Taleh Teyyub oğlunu vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Qeyd edək ki, iki uşaq atası olan T.İsmayılov SOCAR-ın Dalğıc və Qəza-Xilasetmə İdarəsində çalışıb. O, işdən qayıdarkən Ələt–Astara avtomobil yolunda nəqliyyat vasitəsindən düşərək evinə gedən zaman qəzanın qurbanı olub.

Faktla bağlı araşdırma aparılır.

 


media-adspc

Bənzər xəbərlər