ŞOK nişan mərasimi: Gəlinə özü ağırlığında zinət əşyaları hədiyyə edildi
Sosial media fenomeni Çağla Öz “Kara Haydar” ləqəbi ilə tanınan Türkiyənin Van şəhərindən olan iş adamı Haydar Kara ilə nişanlanıb. İstanbuldakı lüks bir oteldə keçirilən nişan mərasiminə çoxsaylı qonaq qatılıb.
ERAmedia xəbər verir ki, dəbdəbəli mərasim qısa zamanda sosial medianın gündəm mövzusuna çevrilib.
Nişan mərasiminin ən diqqət çəkən anı hədiyyələrin verilməsi olub. Çağla Özə öz çəkisində qızıl zinət əşyaları verilərkən görüntülənib və bir neçə dəqiqə davam edən mərasim sosial media platformalarında böyük diqqət çəkib.
Xüsusi hazırlanmış kəmərlər, qalın bilərziklər və zərgərlik dəstləri ilə bəzədilmiş Çağla Öz zinət əşyalarının ağırlığına görə hərəkət etməkdə çətinlik çəkib. Milyonlarla türk lirəsi dəyərində olduğu təxmin edilən bu zərgərlik möhtəşəmliyi toyun özünü kölgədə qoyub.
Vüsalə









