media-17917910105809218668_1200x630

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında Azərbaycan ilə Kamboca arasında iqtisadi münasibətlərin gücləndirilməsi və qarşılıqlı sərmayə qoyuluşlarının artırılmasının əsas əməkdaşlıq istiqamətlərindən olduğunu bildirib.

Deputatın sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 25 faiz artaraq 12,7 milyon dollara çatıb. Son beş ildə isə Azərbaycan-Kamboca ticarət dövriyyəsi altı dəfə artıb.

Vüqar Bayramov qeyd edib ki, əldə olunan yüksək artım göstəricilərinə baxmayaraq, tərəflər arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.

O bildirib ki, 17 milyon əhalisi olan Kambocanın nominal ümumi daxili məhsulu 53 milyard dollar, real alıcılıq qabiliyyəti pariteti üzrə ÜDM-i isə 158 milyard dollar təşkil edir. Ölkənin ixracında yüngül sənaye məhsulları mühüm yer tutur və ümumi ixracın təxminən 80 faizini təşkil edir.

Deputatın fikrincə, bu göstəricilər Azərbaycan ilə Kamboca arasında iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün əlverişli imkanlar yaradır. Xüsusilə yüngül sənaye, turizm və texnologiya sahələrində tərəfdaşlığın gücləndirilməsi qarşılıqlı fayda baxımından mühüm əhəmiyyət daşıyır.

Vüqar Bayramov vurğulayıb ki, Kambocanın Baş nazirinin Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə töhfə verə bilər.

Deputatın qənaətinə görə, mövcud iqtisadi potensialdan səmərəli istifadə edilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi Azərbaycan-Kamboca əməkdaşlığının gələcək inkişafında mühüm rol oynayacaq.

Vüsalə


media-adspc

Bənzər xəbərlər