media-videoedited
media-photo_5438522770175686701_w
media-shehidler_olmez_baner_full

Günəşdə son dörd ayın ikinci ən güclü partlayışı baş verib. Alimlər oktyabrın 15-də Günəş alışmalarının güc baxımından pik həddə çatacağını gözləyirlər.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Müşahidələr göstərir ki, dünən proqnozlaşdırılan Günəş aktivliyinin əhəmiyyətli güclənməsi baş verir. Gözləntilərə uyğun olaraq, bu gün alışmaların gücü baxımından çoxaylıq maksimuma çatmaq mümkündür.”,deyə laboratoriyanın məlumatında deyilir.

Məlumata əsasən, son bir sutka ərzində günəşdə fon şüalanması dörd dəfə yüksələrək M səviyyəsinə yaxınlaşıb və alışmalar rentgen şüalanması axınları formalaşdırır.

Mütəxəssislər hesab edirlər ki, yay fəslinin əvvəlindən bəri ilk dəfə olaraq, partlayışların X səviyyəsinə çatması da mümkündür.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər