Sonun başlanğıcı və yaxud Xamneinin SEÇİMİ

Ötən il dekabr ayının 28-də İran rialının infilyasiyası fonunda ölkənin Tehran daxil olmaqla iri şəhərlərində başlayaraq sürətlə bütün İranı əhatə edən etiraz dalğasına Ayətullah rejiminin cavab reaksiyası özünü çox gözlətmədi.
Molla rejiminin siması, ölkənin Ali Lideri Ayətullah Əli Xamenei dekabrın sonlarında başlayan kütləvi etirazlar barədə ilk dəfə şərh verib, “iğtişaşçılara” qarşı sərt tədbirlər görülməli olduğunu bildirəndən, “düşmən qarşısında geri çəkilməyəcəyik”-deyəndən sonra dövriyyəyə SERAH girib.

Bu barədə ERAmedia – ya danışan Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov o qənaətdədir ki, baş verənləri sonun yekun akkordları kimi qəbul etmək olar.
Ekspert, SEPAH abreviaturasının mövcud olduğu 47 ildə bu qurumu ancaq rəsmi ideologiyanın “qoruyucu mələkləri” deyil, həm də məcburi repressiyalar həyata keçirən qorxunc “ölüm maşını” olduğunu xatırladır: “Rejim hakimiyyətini qorumaqla bərabər, qolları İran sərhədlərindən kənarda “şiə inqilabi ideologiyasını” təşviq etməkdə mühüm rol oynayan qurumun əlləri nəinki regiona, dünyanın ən ağlagəlməz coğrafiyalarına qədər uzanır. Onun strukturundakı Quru Qoşunları- daxili qüvvələr və ehtiyat ordu, Hərbi Dəniz Qüvvələri – Fars körfəzində, Aerokosmik Qüvvələri- ballistik raketlər də daxil olmaqla raket proqramı, Könüllü milis olan Bəsic- etirazları yatırmaq və ölkə daxilində ideoloji nəzarəti qorumaq, Əl-Qüds Qüvvələri – İranın xaricdə, xüsusən də Yaxın Şərqdə (İraq, Suriya, Livan, Yəmən və s.) təsirini genişləndirməyə yönəlmiş elit xarici siyasət qanadı, Hizbullah, Həmas, Husilər və İraq təmsilçilərini silahlandırmağa məsul olan qurum “dövlət içində dövlət”dir”.
Bu gün İranda iqtisadi böhranın yaratdığı iğtişaş dalğası on birinci gününə qədəm qoyduğu, İİKK-yə bağlı “Fars” agentliyinin ölkənin cənub-qərbindəki Lordegan şəhərində silahlı şəxslərin iki polis məmurunu güllələyərək öldürdüyünü bildirməsi ilə bərabər, polis qüvvələrinin etirazçılar tərəfə keçməsini yaymasını isə ekspert, SEPAH-ın baş verənlərə nəzarəti itirməsi anlamına gəldiyini bildirir.
Amerikada yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, etirazlar artıq İranın bütün əyalətlərində 111 şəhər və qəsəbəyə yayılıb.
Dünyanın aparıcı informasiya platformaları Ayətullah Xameneinin Moskvaya qaçmaq planını iddia etməsi 86 yaşlı dktatorun nə faciəli sonluqları ilə “digərlərinə görk olmalı” Səddam Hüseyn və Müəmmar Qəddafi, nə ömrünün yerdə qalan hissəsini ABŞ həbsxanalarında keçirəcək Nikolas Maduronun deyil, “ağrımayan başına dəsmal bağlamayan” Bəşər Əsədin taleyini seçmiş olduğuna işarədir
Əlihüseyn Salam









