media-whatsapp-image-2026-04-22-at-10-10-52

ABŞ-da keçirilən yarış zamanı sosial media fenomeni faciəvi şəkildə həyatını itirib.

ERAmedia xəbər verir ki, sosial media paylaşımları ilə tanınan braziliyalı fenomen Mara Flacia Araujo ABŞ-ın Texas ştatında təşkil olunan “Ironman” yarışında həyatını itirib. 38 yaşlı Araujo üzgüçülük mərhələsi zamanı göldə boğulub.

Sağlam həyat tərzi ilə bağlı paylaşımları ilə məşhur olan Araujo bir müddətdir ABŞ-da yaşayırdı. O, Texasda keçirilən “Memorial Hermann Ironman” yarışına qatılmışdı. Yarışın üzgüçülük hissəsi zamanı suda boğulan fenomenin cəsədi daha sonra gölün təxminən 3 metr dərinliyində tapılıb.

Qaçış, velosiped və üzgüçülük mərhələlərindən ibarət olan yarış zamanı baş verən bu hadisə böyük rezonans doğurub.

Braziliya mediasına danışan yaxınlarından biri bildirib ki, Araujo yarışdan əvvəl özünü yaxşı hiss etmirdi: “O, xəstə idi, zəif olduğunu dedik, amma qulaq asmadı. Qrip keçirmişdi”.

Qeyd edək ki, gənc qadın ölümündən əvvəl məşq edərkən sosial media hesabında “Budur yeni bir gün” qeydi ilə paylaşım etmişdi.

Məlumata görə, Araujo daha əvvəl verdiyi açıqlamalarda səhhətində yaranan problemlərə görə təxminən 8 il əvvəl triatlona başladığını bildirmişdi.

Vüsalə


media-adspc

Bənzər xəbərlər