media-videoedited
media-16927223896327214053_1200x630
media-shehidler_olmez_baner_full

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.

ERAmedia xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti bildirib. Məlumata əsasən, Ş.Mirziyayev Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitinin tədbirlərində iştirak edəcək.

Bildirilib ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin cari məsələləri daxildir.

“Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək”, – deyə qeyd olunub.

Xatırladaq ki, TDT Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı birləşdirən türk ölkələrinin beynəlxalq əməkdaşlıq təşkilatıdır. TDT-nin əsas məqsədi türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər