media-photo_5344076563894439646_w
media-bant_master

Ermənilərin psixologiyasında qan tökmək, günahsız insanları öldürmək milli bir “missiya” kimi təqdim olunur. Tarix boyu onlar təkcə türklərlə deyil, gürcülər, ruslar, fransızlar və digər millətlərlə yanaşı, hətta öz ermənilərinə qarşı da çoxsaylı qətllər törədiblər. Erməni terrorunun bünövrəsi isə əsasən kilsə tərəfindən qoyulub və verilən tapşırıq eyni olub: “Öldür.”

Tarixdə erməni terroru ilə bağlı kifayət qədər fakt mövcuddur. Bunlardan biri də uzun illər gizlədilən, Stalini öldürmək tapşırığı almış erməni terrorçu qadın — Varsenika (Varvara) Cavadovna Kasparova ilə bağlı məlumatlardır.

Varsenika Kasparova 1888-ci ildə Şuşada anadan olub. 1904-cü ildə bolşeviklərə qoşulub, Stepan Şaumyanın dəstəsində fəaliyyət göstərib. 1917-ci ilə qədər əri Vladislav Minasoviç Kasparov (Kasparyants) ilə birlikdə xaricdə yaşayıb. Onlar Cenevrədə partiya işlərində iştirak edib, Leninlə əməkdaşlıq ediblər.

Vətəndaş müharibəsi dövründə, 1918–1919-cu illərdə, Qırmızı Ordunun mərkəzi siyasi orqanı olan Ümumrusiya Hərbi Komissarlar Bürosunun Təbliğat və Maarif şöbəsinə rəhbərlik edib. 1920-ci ilə qədər İosif Vissarionoviç Stalinin katibi vəzifəsində çalışıb.

20 iyul 1936-cı ildə Moskvada NKVD tərəfindən həbs edilib. O, RSFSR Cinayət Məcəlləsinin 17, 58-8 və 58-11-ci maddələri ilə — terror təşkilatında iştirak etmək ittihamı ilə mühakimə olunub. Dindirmə zamanı Kasparova terror təşkilatının fəal üzvü olduğunu etiraf edib.

O, xaricdən dəstək aldığını və əsas hədəfinin Stalin və digər rəhbər şəxslərin öldürülməsi olduğunu bildirib. İfadəsində bu fəaliyyətinə “xeyir-dua” verənin erməni kilsəsi olduğunu da etiraf edib.

10 aprel 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən 10 il azadlıqdan məhrumetmə və 5 il müddətinə seçki hüququndan məhrum edilmə cəzasına məhkum edilərək Oryol həbsxanasına göndərilib.

Azadlığa buraxıldıqdan sonra, 8 sentyabr 1941-ci ildə yenidən həbs olunub. Cinayət işinin materiallarına əsasən, İkinci Dünya müharibəsinin başlanğıcında “antisovet təbliğatı” ilə məşğul olub, “Ümumittifaq Kommunist Partiyası (bolşeviklər) və Sovet hökuməti haqqında böhtan xarakterli məlumatlar” yayıb.

Müharibə dövründə faşizmlə əməkdaşlıq edən Kasparova erməni legionunu yaradan Njde ilə əlaqə saxlayıb. Faşist Almaniyası ilə əməkdaşlıq edən “Daşnaksütyun” təşkilatı və onun üzvləri — Njde, Dro və digərləri Naxçıvan, Qarabağ, Gürcüstanın böyük hissəsi, eləcə də Sevastopol, Simferopol, Odessa və Rostova qədər uzanan ərazilərdə “erməni dövləti”nin yaradılmasını irəli sürmüşdülər.

Alman faşizminə xidmət edən ermənilərə, anası Gürcüstan ermənisi olan və Almaniyanın təbliğat nazirliyində xidmət etmiş zabit Valdemar Frensel rəhbərlik edirdi. Onların əsas məqsədi daha çox yəhudi qətlində iştirak edərək Hitlerin etimadını qazanmaq idi.

Kasparovanın İkinci Dünya müharibəsi dövründəki əsas tapşırığı Sovet idarə üsuluna qarşı əhalini qaldırmaq və faşizmə dəstək göstərmək olub.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivində saxlanılan “Xalq Daxili İşlər Komissarlığının Rostov vilayəti üzrə İdarəsinin 7/17 nömrəli xidməti məruzəsi”ndə qeyd olunur ki, 1942-ci ilin avqustunda Rostov-Don şəhərinin işğalı zamanı general Dro-nun rəhbərliyi altında bir qrup erməni millətçisi şəhərə gəlib. Qrupa Hitler tərəfindən Qafqaz xalqlarından könüllü legionlar yaratmaq səlahiyyəti verilib və bu ərazilərin gələcəkdə ermənilərə verilməsi planlaşdırılıb.

8 sentyabr 1941-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Dövlət Müdafiə Komitəsinin göstərişi və Stalinin şəxsən imzaladığı təlimatlar əsasında Kasparovanı qiyabi mühakimə edib. Oryol Mərkəzi Həbsxanasında saxlanılan məhbus barəsində ölüm hökmü 11 sentyabr 1941-ci ildə icra olunub.

Zaur Əliyev

media-photo_5344076563894439656_y


media-adspc

Bənzər xəbərlər