Stiv Dayns: TRIPP layihəsi yeni bir ticarət yolu yaradacaq
Amerika Birləşmiş Ştatları (ABŞ) regional sülhə bütün ölkələrin xeyrinə olacaq konkret sərmayələr qoyur.
ERAmedia AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Dayns Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu il avqustun 8-də əldə olunan razılaşmanın açdığı iqtisadi potensial çox əhəmiyyətlidir. “Azərbaycan – Ermənistan sülh sazişi diplomatik irəliləyişdir, həqiqətən, qarşılıqlı faydalı sülhməramlılıq nümunəsidir. Ermənistan, Azərbaycan və ABŞ daha firavan, vacib və təhlükəsiz gələcəyə doğru addımlayır və çalışır. Bakı dünyanın ən mühüm qaz və neft ixracatçılarından biridir”,- deyə o qeyd edib.










