media-tk31649ugcwvb0pis8nhhw6w5btrd08sunocyxon_1200

Azərbaycan stolüstü tennisçiləri Daşkənddə keçirilən “WTT Youth Contender” turnirini üç mükafatla başa vurublar.

ERAmedia  xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

Yarışın son günündə U-15 yaş qrupunda mübarizə aparan Onur Quluzadə bütün rəqiblərini üstələyərək finala yüksəlib.

Yalnız həlledici oyunda məğlubiyyətlə üzləşən seçmə komandanın üzvü ikinci yerlə kifayətlənib.

Cəfər Almədədli isə U-11 yaş qrupunda bürünc mükafata layiq görülüb.

Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qatılan Mehin Mirzəbalayeva 13 yaşadək idmançıar arasında üçuncü yeri tutmuşdu.


media-adspc

Bənzər xəbərlər