media-17907750003692251598_1200x630

Gürcüstanın paytaxtı Tbilisidə “WTT Youth Contender Tbilisi 2026” turnirinə yekun vurulub.

ERAmedia xəbər verir ki, Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda uğurla çıxış ediblər.

Milli komandaların baş məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə qonşu ölkəyə yollanan 10 idmançıdan 5-i mükafatçılar sırasında yer alıb. Onur Quluzadə U-19, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev, Gülnur Kərimli və Səidə Quluzadə isə U-11 yaş dərəcəsində bürünc medala layiq görülüb.


media-adspc

Bənzər xəbərlər