media-17644157225439210314_1200x630
media-bant_master

Azərbaycan boksçusu Sübhan Mamedov (50 kiloqram) U-23 Avropa çempionatının qalibi olub.

ERAmedia xəbər verir ki, millinin lideri finalda Maksim Rudiki (Ukrayna) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (28:29, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gələrək Avropa çempionu tituluna yiyələnib. Beləliklə, Elbrus Rzayevin rəhbərlik etdiyi milli komanda Avropa çempionatını 3 medalla başa vurub. Mamedovdan öncə Tağı Nəsibov (60 kiloqram) və Səbuhi Əlizadə (+90 kiloqram) bürünc mükafata sahib olub.

Qeyd edək ki, Avropa çempionatında 33 ölkədən 271 boksçu mübarizə aparırdı.


media-adspc

Bənzər xəbərlər