"Süd Qızı" çay üçün incə tort
- Dadlı TAM İLƏ
Sizə lazım olacaq:
(16 sm-lik tort üçün)
Biskut tortu:
• Qatılaşdırılmış süd – 260 q
• Kərə yağı – 50 q
• Yumurta – 2 ədəd
• Un – 105 q
• Qabartma tozu – 8 q
Qaymaq üçün:
Qaymaq (33-35%) – 350 q
Qaymaqlı pendir və ya maskarpone – 300 q
Şəkər tozu – 50 q
Albalı içliyi üçün
Çəpləri çıxarılan albalı – 200 q
Qarğıdalı nişastası – 8 q
Şəkər – 2 xörək qaşığı (zövqə görə)
Hazırlanması:
1. Qatılaşdırılmış südü, yumurtanı, unu, qabartma tozunu və kərə yağını bir qabda qarışdırın. Hamar olana qədər qarışdırın.
2. Perqament kağızına 16 sm dairələr çəkin. Hər birinə bir dolu xörək qaşığı xəmir tökün və yayın.
3. 180°C-yə qədər qızdırılmış sobada 6-7 dəqiqə, yüngül qızarana qədər bişirin. Tamamilə soyumağa qoyun.
4. Qaymaq üçün bütün soyuq inqrediyentləri qarışdırın.
5. İçlik üçün albalıları şirəsi çıxana qədər vam odda bişirin. Suda durulaşdırılmış qarğıdalı nişastasını əlavə edin və qatılaşana qədər 2-3 dəqiqə bişirin. Tamamilə soyumağa qoyun.
6. Tortu yığın. Tortun üzərinə qaymaq qoyun, sonra içliyi yayın və qaymaq bitənə qədər bu prosesi təkrarlayın.
7. Ən azı 3-4 saat mayalanması üçün kənara qoyun.
8. Sonra, zövqə görə bəzəyin və süfrəyə verin.
İştahınız bol olsun !
Tamilla Manaf









