Süd və qaymaq idxalına çəkilən xərclər 55 % artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 8 min 105 ton süd və qaymaq idxal olunub.
ERAmedia Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 14 milyon 567 min ABŞ dolları təşkil edib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə süd və qaymaq idxalı həcm baxımından 2 min 225 ton (37,8 %), dəyər baxımından isə 5 milyon 165 min dollar (55 %) artıb.
Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2%-ni təşkil edib.
Qeyd edək ki, bu ilin ilk dörd ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 403 milyon ABŞ dolları olub. Bunun 11 milyard 879 milyon dolları ixracın, 5 milyard 525 milyon dolları isə idxalın payına düşüb.
Son bir ildə ixrac 35,2%, idxal isə 32,1% azalıb.









