media-1b0c67c1-20b9-4d54-826f-7ffcfc067f9c
media-bant_master

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan cüdo millisi daha üç medal qazanıb.

ERAmedia  xəbər verir ki, qadınların 70 kq çəki dərəcəsində çıxış edən Südabə Ağayeva final görüşündə özbəkistanlı Xurşida Razzokberdievaya qalib gələrək qızıl medalın sahibi olub.

Eyni çəki dərəcəsində mübarizə aparan Aytac Qardaşxanlı və 90 kq-da yarışan Elcan Hacıyev isə bürünc medal qazanıblar.

Bununla da Azərbaycan cüdoçularının Ər-Riyyad oyunlarında medallarının sayı artıb. Daha əvvəl 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov  da qızıl medal əldə etmişdi.


media-adspc

Bənzər xəbərlər