media-videoedited
media-img_4118
media-shehidler_olmez_baner_full

İkinci ildir ki, Cəbrayıl Şəhəri Günü doğma sakinlərinin iştirakı ilə qeyd olunur.

ERAmedia xəbər verir ki, bu sözləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib.

“Beş ildir azadlığına qovuşan bu qədim yurdun bayramı əslində yeni tarixin başlanğıcından xəbər verir. Hazırda Cəbrayılda genişmiqyaslı bərpa-quruculuq işləri böyük vüsətlə davam edir. Şükürbəyli və Horovlu kəndlərində tikinti işlərinin birinci mərhələsi artıq başa çatıb, son tamamlanma mərhələsi həyata keçirilir. Bununla yanaşı, Soltanlı kəndində də tikinti işlərinə start verilib. Bayram sevincinin yaşandığı Cəbrayılda insanlar doğma torpağa dönüşün, kəndlərin dirçəlişinin canlı şahidinə çevriliblər. Quruculuqla yanaşı, bu gün burada həm də gələcəyin işıqlı sabahına inam hissi hökm sürür”, – deyə o əlavə edib.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər