Şükürbəylidə əmək yarmarkası təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Clean Home” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçirilib.
ERAmedia-ya bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, aktiv məşğulluq tədbiri Şükürbəyli kənd inzibati binasında təşkil olunub. Yarmarkada qeyd edilən MMC üzrə vakansiyalar təqdim edilib.
Tədbirdə iştirak edən şəxslərə iş yerləri üzrə tələblər izah edilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları barədə də məlumatlandırılıblar.










