media-17690809855915737478_1200x630

media-img_8974

Azərbaycanın ABŞ prezidenti Trampın elan etdiyi Sülh Şurasına təsisçi kimi daxil olması ölkəmizin Qarabağ müharibəsindən sonra regional güc faktoru kimi özünü təsdiqləməsidir.

ERAmedia xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Xaqani Səfəroğlu bildirib.

O qeyd edib ki, Sülh Şurası münaqişələri həll edəcək platforma kimi təsis edilib.

“Sənədi imzalayan dövlətlərin içində ağır savaş aparmış, qalib gəlmiş və çevik sülh diplomatiyası yürüdən dövlət başçısı İlham Əliyevdir. Təcrübə isə ciddi məsələdir.

Qəzzada sülh əslində yeni dünya düzəni üçün aparılan geopolitik prosesin açılımı olacaq. Azərbaycan məhz belə son dərəcə mühüm və taleyüklü məsələdə masa başında olması çox mühümdür: Bu, Bakının vacib tərəfdaş sayılmasını nümayiş etdirir”, – deyə o əlavə edib.

O vurğulayıb ki, Prezident səndi imzalamaqla eyni zamanda bir daha Ermənistanla sülh sazişinin beynəlxalq təminatını əldə etdi:

“Bu isə sülh prosesində yaşana biləcək təhlükələri sığortalayır.
Bakı bu addımla həmçinin yeni dünya düzəni üçün cızılan yola regional güc faktoru kimi daxil olur.

Azərbaycan eyni zamanda ABŞ-la münasibətlərində yeni mərhələyə keçir.

Bu, həmçinin logistika şəbəkəsinin məhək daşına çevrilmiş ölkəmizi fraqmental dünya siyasətində tərəflərin etibar etdiyi vacib tərəfdaşa çevirir”.


media-adspc

Bənzər xəbərlər