Sülh gecikəcək – 5 şərt irəli sürüb meydan oxudular
ABŞ ilə İran arasında yenidən başlanması planlaşdırılan diplomatik təmaslar Tehran rəhbərliyinin irəli sürdüyü sərt ön şərtlər səbəbindən yeni çıxılmaz vəziyyətə düşüb. İran hakimiyyəti ikinci mərhələ danışıqlara yalnız müəyyən etdiyi etimad yaradıcı şərtlərin yerinə yetiriləcəyi halda qatılacağını açıqlayıb.
ERAmedia-nın məlumatına görə, Tehran tərəfi bildirib ki, sözügedən şərtlər siyasi bazarlığın bir hissəsi deyil, danışıqlar prosesinin başlaması üçün zəruri olan minimum etimad mühitidir. Bununla İran Vaşinqtona açıq şəkildə “əvvəl addım atın, sonra masa qurulsun” mesajı verib.
İran rəhbərliyi ABŞ ilə Pakistanın paytaxtı İslamabadda keçirilməsi planlaşdırılan ikinci mərhələ müzakirələrində iştirak etməyəcəyini bəyan edib.
Yarımrəsmi “Fars” xəbər agentliyinə danışan və adı açıqlanmayan iranlı rəsmi bildirib ki, Tehranın irəli sürdüyü ön şərtlər ABŞ ilə hər hansı danışıqlara başlamaq üçün “minimum etimad yaradıcı təminatlar” hesab olunur.
İranlı rəsmi vurğulayıb ki, “bütün cəbhələrdə müharibənin dayandırılması, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin azad edilməsi, müharibədən yaranan zərərlərin kompensasiya olunması və Hörmüz boğazı üzərində suverenlik hüququnun tanınması” daxil olmaqla 5 şərt qəbul edilməyəcəyi təqdirdə İran ABŞ ilə yenidən danışıqlara başlamayacaq.
Vural










