Sülhə iki həftə öncəkindən daha uzağıq
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hazırkı vəziyyətlə bağlı sülhə nail olmaq iki həftə öncəkindən daha çətindir. O, münaqişənin davam etdiyini və hələ də həll olunmamış strateji problemlərin mövcud olduğunu vurğulayıb.
ERAmedia xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.
Müttəfiqlər, Ukraynanın mövcud vəziyyətini nəzərə alaraq, ölkənin bəzi ərazilərdən imtina etməli olacağını qəbul edirlər. Rəsmi şəxslər vurğulayırlar ki, qərar yalnız Ukrayna hökumətinə məxsusdur.
Məlumatlara görə, hazırda Ukrayna Prezidenti Volodimir Zelenskiyə əhəmiyyətli təzyiqlər göstərilir və ondan bəzi əraziləri tərk etməyə razılıq verməsi gözlənilir.