Sulutəpə dairəsi istiqamətindəki təmir işləri ilə bağlı yollarda TIXAC
Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Sulutəpə dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən paytaxtın bəzi yollarında nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
ERAmedia-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sıxlıq olan istiqamətlərdə nəqliyyatın intensivliyini artırmaq məqsədilə zəruri tədbirlər görülür.
Hazırda paytaxtda nəqliyyatın sıxlığı müşahidə olunan istiqamətlər aşağıdakılardır:
• Bakı-Sumqayıt şosesi Sumqayıt;
• Tbilisi prospekti, Sumqayıt;
• Ziya Bünyadov prospekti, Alı Mustafayev, Sumqayıt;
• Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, Beynəlxalq Avtovağzal;
• Binəqədi rayonu, Mir Cəlal ilə Asif Məhərrəmov küçələrinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətləri.










