media-videoedited
media-553211139_1359913389148304_8429664446909962805_n
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Sumqayıt Dövlət Universitetində Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri vəzifəsinə təyin təyinat olub.

ERAmedia – nın məlumatına görə, Universitetinin rektoru vəzifəsini icra edən, professor Əminağa Sadıqovun müvafiq əmrinə əsasən Aysel Eminova Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Aysel Eminova  Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, Dövlət İqtisad Universitetində Biznesin təşkili ixtisası üzrə magistratura (MBA, ingilis dilində) səviyyəsində təhsil alıb. Biznesin təşkili və idarə edilməsi kafedrasında “Müəssisələrin təşkili və idarəedilməsi” ixtisası üzrə doktorantdır. 2017-ci ildən Sumqayıt Dövlət Universitetinin Linqvistik Mərkəzində ingilis dilindən tərcüməçi-metodist, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsində, həmçinin Layihələrin idarə edilməsi şöbəsində baş mütəxəssis, Reytinqlərlə iş bölməsinin müdiri vəzifələrində çalışıb.

media-553211139_1359913389148304_8429664446909962805_n


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər