media-535019477_1331015942038049_1897202741467909491_n
media-bant_master

Sumqayıt Dövlət Universitetinin (SDU) Karyera və Məzunlarla İş Mərkəzinin direktoru vəzifəsinə yeni təyinat olub.

media-img_9467

ERAmedia xəbər verir ki, SDU rektoru v.i.e., professor Əminağa Sadıqovun müvafiq əmrinə əsasən Anar Dünyamalıyev Karyera və Məzunlarla İş Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Dünyamalıyev 2001-ci ildə Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinə daxil olmuş, 2005-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.
2007-ci ildən Sumqayıt Dövlət Universitetində fəaliyyət göstərir. Bu illər ərzində müxtəlif vəzifələrdə -Elektroenergetika kafedrasında laborant, İnformasiya Texnologiyalar Mərkəzində Texnoloji innovasiyalar və texniki xidmət şöbəsinin müdiri, İctimaiyyətlə əlaqələr şöbəsində baş mütəxəssis, Mükəmməllik Mərkəzində baş mütəxəssis vəzifələrində çalışıb. Dövlət İmtahan Mərkəzinin Sumqayıt Dövlət Universitetində fəaliyyət göstərən məsləhət mərkəzinin əməkdaş kimi də faəliyyət göstərib. Yerli və xarici jurnallarda, həmçinin beynəlxalq konfranslarda bir neçə elmi məqalə və tezisin müəllifidir.


media-adspc

Bənzər xəbərlər