"Sumqayıt” komandası ilk qələbəsini qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda növbəti oyunlar keçirilib.
ERAmedia xəbər verir ki, günün ilk görüşündə “Zirə” komandası “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib.
“Sumqayıt” komandası isə evdə “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. Bu, “kimyaçılar”ın mövsümdə ilk qələbəsi olub.
Turun ötən gün baş tutan qarşılaşmalarında “Kəpəz” “Araz-Naxçıvan”ı (2:0) üstələyib. “Neftçi” – “Sabah” matçı isə qolsuz bərabərliklə başa çatıb – 0:0.










