media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-17574216261889923784_1200x630-1
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Sumqayıt Tibb Mərkəzinin nəzdindəki 2 nömrəli Şəhər Xəstəxanasında yeni Hemodializ şöbəsi istifadəyə verilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov və aidiyyəti struktur bölmə rəhbərləri yeni qurulan şöbənin fəaliyyəti ilə tanış olublar.

TƏBİB-dən ERAmedia-ya bildirilib ki, Hemodializ şöbəsi haqqında məlumat verən Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov qeyd edib ki, 10 çarpayı ilə təmin olunan yeni şöbədə sutka ərzində 60-a yaxın pasiyentin dializ müalicəsi nəzərdə tutulub. Burada Almaniya istehsalı olan 10 ədəd “Fresenius Medical Care” hemodializ aparatının quraşdırıldığını qeyd edən müəssisə rəhbəri bölgə üzrə xəstəlikdən əziyyət çəkən şəxslərin müalicə işinin təşkilində şöbənin əhəmiyyətli rol oynayacağını vurğulayıb.

Dializ zalı, osmos otağı, həkim otaqları və gözləmə zalı yerləşən şöbədə həkimlər, texniklər və tibb bacıları daxil olmaqla, ümumilikdə 34 nəfərlik tibbi heyət fəaliyyət göstərəcək.

Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasında da Hemodializ şöbəsi fəaliyyət göstərir və 2014-cü ildən pasiyentlərin xidmətindədir.

Əlavə edək ki, hemodializ xroniki və kəskin böyrək çatışmazlığı olan xəstələrdə böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan zərərli maddələrin və mayenin xaric edilməsi üsuludur. Hemodializ böyrək köçürülməsi planlanan xəstələrdə əməliyyata qədər alternativ çıxış yoludur.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər