Sumqayıt və Şağanın bəzi ərazilərində qaz olmayacaq
Sumqayıt şəhəri və Xəzər rayonu Şağan qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
ERAmedia xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumata görə, balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şosesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.
Eyni zamanda ortatəzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə oktyabrın 9-u saat 10:00-dan işlər tamamlananadək Şağan qəsəbəsini qazla təmin edən ortatəzyiqli xəttdə qaz təchizatı dayandırılacaq.
Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.