Sumqayıtda 8 maşın toqquşub
Sumqayıt şəhərində səkkiz maşın toqquşub.
ERAmedia xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, hərəkətdə məhdudiyyət yaradılıb.
Yol-nəqliyyat hadisəsinin səbəbləri araşdırılır. (Mənbə: report)










