Sumqayıtda ağır yol-nəqliyyat hadiəsi baş verib - FOTO
Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
ERAmedia xəbər verir ki, hadisə şəhərin Babək küçəsində baş verib.
Belə ki, “Mazda”, “Kia” markalı minik avtomobilləri və Ford markalı yük avtomobili toqquşublar.
Qəza nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.
İddialara görə, “Mazda” markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə yük avtomobilinə çırpılıb, daha sonra isə təkər təmiri sexində dayanan “Kia” markalı avtomobillə toqquşub. Avtomobiıə ciddi ziyan dəyib. Hadisə nəticəsində yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Əlihüseyn Salam









