media-videoedited
media-fa611097-e679-4c41-95a4-8d4a39707320
media-shehidler_olmez_baner_full

Sumqayıtda avtobusun yanması nəticəsində xəsarət alan olmayıb.

Bu barədə ERAmedia-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən “İSUZU” markalı avtobusda baş vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar hissələri yanıb.

Xəsarət alan yoxdur.

media-c7ea1835-0257-4a4d-b8a8-781a0d31cc2c


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər