media-17667468714133852798_1200x630
media-bant_master

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, 4-cü mikrorayon, C.Cabbarlı küçəsində fəaliyyət göstərən fiziki şəxs Təranə Saleh qızı Süleymanovaya məxsus “Banu” şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçiriblər.

ERAmedia-ya bu barədə  AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, kremli qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən saxlanıldığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal sahəsində döşəmə və divarların asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.


media-adspc

Bənzər xəbərlər