Sumqayıtda basketbol üzrə beynəlxalq turnir keçiriləcək
Sumqayıtda 3×3 basketbol üzrə “Women”s Series” beynəlxalq turniri keçiriləcək.
ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Yarış iyunun 20–21-də Sumqayıt Bulvarında baş tutacaq. Azərbaycanı turnirdə qadınlardan ibarət milli komanda və “Neftçi SOCAR” təmsil edəcək.
Mükafatlar uğrunda həmçinin Almaniya, Çin, Avstraliya, Avstriya, Ukrayna, Yaponiya, Çili, “Yanjing” (Çin), Slovakiya, Tailand, Misir, Sloveniya, Litva və Paraqvay komandaları mübarizə aparacaq.









