media-05ackzqj6uoxmqvbvbrlomevgc7v4z7bgi1iba8a_1200
media-bant_master

Sumqayıtda 27 yaşlı qadının abortdan sonra öldüyü iddia edilir.

ERAmedia Report-a istinadən xəbər verir ki, ailədən yerli büroya verilən məlumata görə, hadisə Sumqayıt Şəhər 1 nömrəli xəstəxananın doğum şöbəsində baş verib.

Bildirilib ki, 1998-ci il təvəllüdlü Zərifə Əliyeva abort məqsədilə xəstəxanaya müraciət edib. Tibbi prosedurdan sonra qadının vəziyyəti kəskin pisləşib və aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.


media-adspc

Bənzər xəbərlər