Restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Xəbər verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən bitişik tikilən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
ERAmedia-ya bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Yanğın nəticəsində ümumi sahəsi 2 min kvadratmetr olan restoranın 1-ci mərtəbəsinin terrasının dam örtüyünün yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb.
Restoranın böyük hissəsi və bitişik otel yanğından mühafizə olunub.
10:14
Novxanıda “Siyans” hoteli yanır.
ERAmedia xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.










