media-1762401959_img-20251106-wa0000

Sumqayıt şəhərində minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

ERAmedia Reporta istinadən xəbər verir ki, hadisə Niyazi küçəsində qeydə alınıb. Belə ki, “Kia Sorento” və “Mercedes” markalı minik avtomobilləri toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər