media-1703052692_qatar-480x350
media-bant_master

Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib.

ERAmedia -ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polisə stansiya ərazisindən istismardan çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı A.Paşayev, həmçinin əvvəllər məhkum olunmuşlar – 22 yaşlı X. Hüseynov, 23 yaşlı X. Ağayev və 26 yaşlı S. Elbruszadə saxlanılıblar.

Araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər