media-zdj5q0kydcv2mlaxbc45qy4s1tocualitgbdlxlp_1200
media-bant_master

Sumqayıtda zavoddan çıxan tüstü evlərə dolur.

ERAmedia Xəzər TV-yə istinadən xəbər verir ki, yaxınlıqda yaşayanlar hətta tüstüdən zəhərlənənlərin olduğunu da iddia edirlər.

Sumqayıt şəhəri, İnşaatçılar küçəsi, 59 ünvanında məskunlaşan keçmiş məcburi köçkünlər üzləşdikləri problemlə bağlı müraciət ediblər:

Onlar məsələ ilə bağlı müxtəlif qurumlara şikayət etdiklərini, ancaq nəticənin olmadığını bildirirlər.

Zavodun mühafizəçisi sualları cavablandıra bilməyəcəyini bildirdi və məsul şəxsin nömrəsini verdi. Ancaq müəssisə rəhbərliyi zənglərə cavab verməyib.

Dövlət Ekoloji Təhllükəsizlik Xidmətindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticəsi barədə məlumat veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 


media-adspc

Bənzər xəbərlər