Sumqayıtda yaşlı kişi ağacdan yıxılaraq öldü
Sumqayıtda bədbəxt hadisə baş verib.
ERAmedia report-a istinadən xəbər verir ki, hadisə şəhərin “Betonzavod” adlanan ərazisində qeydə alınıb.
Belə ki, 59 yaşlı Hilal Həsənov ağacdan tut yığarkən yıxılıb. Ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.









