Sumqayıtda yataqxana yanğın, sakinlər təxliyə olundu - VİDEO
Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verib.
ERAmedia xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 6p.m. elektrik naqili yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Xəsarət alan olmayıb.
Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.









