Sumqayıtdan “Koroğlu” metrosuna yeni marşrut
Sumqayıt şəhərindən “Koroğlu” metrostansiyasına yeni marşrut xəttinin açılması nəzərdə tutulub.
ERAmedia xəbər verir ki, marşrut xətti Sabunçu körpüsündən keçməklə Mehdiabad, Novxanı istiqamətində hərəkət etməklə sərnişinləri Sumqayıt şəhərinə çatdıracaq.
Qeyd edək ki, marşrut şəhərətrafı sürət qatarlarının işləmədiyi günorta saatlarında sərnişinlərin vaxtında mənzilbaşına çatmasında müstəsna rol oynayacaq.









