media-0c187c40-3cbb-4746-aea0-6faf21775ef0

Dünyada məhkəmə sistemində yeni dövr başlayır.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Məhkəmə Departamenti 2026-cı ilin sentyabr ayından etibarən tam inteqrasiya olunmuş süni intellekt məhkəmə platformasını istifadəyə verməyi planlaşdırır.

Deputatın sözlərinə görə, layihə çərçivəsində 18 aylıq sınaq mərhələsində süni intellekt məhkəmə işlərini təhlil edəcək, hüquqi sənədləri araşdıracaq, hüquqi tədqiqatlar aparacaq və oxşar məhkəmə qərarlarını, yəni presedentləri analiz edəcək.

O qeyd edib ki, bu sistemdə ən vacib məqamlardan biri yekun qərarın yenə də hakim tərəfindən verilməsidir. Süni intellekt yalnız qərarın hazırlanması üçün hüquqi əsasları, analitik məlumatları və tövsiyələri təqdim edəcək.

Deputat vurğulayıb ki, təşəbbüsün əsas məqsədi məhkəmə proseslərini sürətləndirmək, oxşar işlər üzrə daha ardıcıl yanaşmanı təmin etmək və hakimlərin iş yükünü azaltmaqdır.

Tahir Mirkişili əlavə edib ki, layihə uğurla həyata keçirilərsə, bu, təkcə məhkəmə sistemində deyil, ümumilikdə dövlət idarəçiliyində də süni intellektin tətbiqi baxımından yeni mərhələnin başlanğıcı ola bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər