Suraxanıda avtomobil qaçıran şəxs saxlanılıb
Paytaxtın Suraxanı rayon sakini olan bir nəfər polisə müraciət edərək ona məxsus “MG” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yeyıb.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən V.Cəbiyev müəyyən olunaraq saxlanılıb. Avtomobil sahibinə təhvil verilib.
Araşdırma aparılır.