media-photo_5404428761438031493_x

Suriya ordusunun bölmələri Hələbin mərkəzində YPG/SDG terror təşkilatının nəzarətində olan Beni-Zeyd rayonunun böyük hissəsində nəzarəti təmin edib.

ERAmedia xəbər verir ki, “Anadolu” agentliyinin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, ordunun dəqiq əməliyyatlar və döyüş qarşıdurmaları aparan bölmələri rayona daxil olaraq ərazinin əksəriyyətini nəzarət altına alıb.

Suriya qüvvələri minalar və partlayıcı qurğuların yaratdığı təhdidə baxmayaraq, rayonda addım-addım irəliləyir və təmizləmə əməliyyatlarına başlayıb.

Rayonun bəzi hissələrində və Şeyx-Maksud bölgəsində hələ də terror təşkilatı ilə ordunun bölmələri arasında qarşıdurmalar davam edir.

Əvvəllər Suriya ordusunun bölmələri Hələbin mərkəzində YPG/PKK terror təşkilatının nəzarətində olan Əşrəfiya rayonunun böyük hissəsini ələ keçirmişdi.

YPG/SDG terror təşkilatı 6 yanvar tarixindən etibarən ələ keçirdiyi ərazilərdən Hələbin müxtəlif obyektlərinə hücumlara başlayıb.

Suriya hakimiyyəti YPG/SDG-dən əldə edilmiş razılaşmaya riayət etməyi və Hələbə hücumları dayandırmağı tələb edib.

Suriya ordusu YPG/SDG tərəfindən davam edən hücumlara cavab olaraq Şeyx-Maksud və Əşrəfiya rayonlarında terror təşkilatının mövqelərinə dəqiq əməliyyatlar həyata keçirib.

Bununla yanaşı, terror təşkilatı Hələbin bir neçə yaşayış məhəlləsinə zərbələr endirib.

6 yanvardan etibarən terrorçuların hücumları nəticəsində 9 suriyalı həlak olub, 55 nəfər isə yaralanıb, onların əksəriyyəti mülki sakinlərdir.

Hələb şəhərinin Mərkəzi Komitəsi əvvəlcə təhlükəsiz ərazilərə köçürülən sakinlərin sayının 142 min nəfərə çatdığını bildirib.

Vural


media-adspc

Bənzər xəbərlər