Sürücülərə müraciət edilib
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
ERAmedia qruma istinadən xəbər verir ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə əsas səbəb bəzən sürücülərin tələskənliyi ilə bağlıdır. Svetoforun yaşıl işıq siqnalı tam yanmadan, həmçinin qırmızı işıq siqnalının yanmasına saniyələr qalmış hərəkət etmək qəza ilə nəticələnir. İşıqforun qırmızı, sarı işığının yanması və ya yanıb-sönməsi hərəkəti qadağan edir.
Hərəkət etmək üçün yaşıl işıq siqnalını gözləmək lazımdır.









