media-17625603714523446597_1200x630
media-bant_master
media-597867569_122108409177104940_4713207596811064083_n

Əlövsət MƏMMƏDOV,

Statistika orqanları veteranı, Dövlət Qulluğunun kiçik müşaviri

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfər təkcə hərbi əməliyyatların deyil, igid övladlarımızın göstərdiyi misilsiz şücaətin nəticəsi idi. Bu qəhrəmanların sırasında xüsusi döyüş hazırlığı, peşəkarlığı və sarsılmaz iradəsi ilə seçilən Ümman Baxşaliyevin adı xüsusi hörmətlə çəkilir. O, Şuşanın azad olunması uğrunda gedən döyüşlərin taleyində iz qoyan fatehlərdən biridir. Ümman Baxşaliyev Vətən uğrunda çağırışa ilk müraciət edənlərdən idi. Onun sözlə deyil, əməli ilə göstərdiyi vətənpərvərlik müharibənin ilk günlərindən öz əksini tapdı. O, ən çətin əməliyyatların icra olunduğu xüsusi təyinatlı bölmələrdə xidmət edir, fiziki və taktiki hazırlığı ilə seçilirdi. Döyüş yoldaşları arasında nümunəvi intizamı və məsuliyyətli xidmət yanaşması ilə tanınırdı.
Şuşa əməliyyatı Vətən müharibəsinin ən çətin, eyni zamanda ən həlledici mərhələsi idi. Sıldırım qayalar, dar keçidlər və əlbəyaxa döyüşlər bu əməliyyatı digər bütün döyüşlərdən fərqləndirirdi. Elə bu sınaqlarda Ümman Baxşaliyev öz peşəkarlığını bir daha nümayiş etdirdi.
O, döyüşçülərin ön sırada irəliləyən qrupunda yer alır, düşmən mövqelərini yarmaq üçün yorulmadan, tərəddüd etmədən vuruşurdu. Gecə boyu davam edən ağır yürüşlər, əl qumbarası və soyuq silahlarla aparılan döyüşlər onun və silahdaşlarının qətiyyətinin, qələbəyə inamının göstəricisi idi. Bu yol keçidlərlə deyil, can fədakarlığı ilə qazanılmış bir yol idi.
Şuşa fatehləri sırasında yer alan Ümman Baxşaliyev bu tarixi qələbənin qazanılmasında payı olan döyüşçülərdən biridir. Onun iradəsi, cəsarəti, Vətən torpaqlarına bağlılığı Zəfərin mənəvi dayaqlarındandır. Bu gün Azərbaycanın bütün bölgələrində Şuşanın azad olunması haqqında danışanda, həmin şanlı yürüşün önündə gedən igidlərin adları qürurla anılır. Ümman Baxşaliyev də bu qəhrəmanlar sırasında öz yerini alıb.Ümmanın keçdiyi döyüş yolu gənc nəsil üçün böyük bir məktəbdir. Onun fədakarlığı bir daha sübut etdi ki, Vətən sevgisi və torpaq uğrunda əzm hər cür çətinliyə qalib gələ bilər. Azərbaycan üçün bu cür qəhrəmanların yetişməsi xalqımızın gücünün, mənəvi birliyinin və qələbə əzminin göstəricisidir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycanı regionda söz sahibi edən, ərazi bütövlüyünü bərpa edən, milli qürur və ləyaqətini tarixin zirvəsinə qaldıran bir dövlətə çevirdi. Bu gün Şuşada dalğalanan üçrəngli bayraq həmin liderliyin, igid əsgər qanının və 30 illik həsrətin sonuna qoyulan böyük nöqtənin rəmzidir. Qarabağ Azərbaycandır!

media-adspc

Bənzər xəbərlər