Şuşada müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçrərəfli görüşü keçirilib.
ERAmedia xəbər verir ki, görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani iştirak ediblər.
Üç ölkənin müdafiə nazirləri arasında 13-cü üçtərəfli görüşün protokolu imzalanıb.
Görüşdən sonra nazirlər mətbuata bəyanatla çıxış ediblər.









